Britaniya Zərbxanası Britaniya Qran Prisinin 100 illiyinə sikkə buraxacaq

Baş səhifə

Bakı. Trend:

Britaniya Zərbxanası Formula 1 Dünya Çempionatının Britaniya
Qran Prisinin 100 illiyinə həsr olunmuş sikkə buraxacaq.

Trend xəbər verir
ki, bu barədə zərbxananın mətbuat xidməti məlumat yayıb.




Sikkənin nominal dəyəri 50 pens olacaq və üzərində 1926-cı il
istehsalı olan avtomobil ilə müasir avtomobil təsviri yer
alacaq.

Qeyd olunur ki, Britaniya Qran Prisi 1926-cı ildən keçirilir və
ilk yarış Bruklends trasında baş tutub. 1987-ci ildən etibarən
yarış Silverstone trasında təşkil edilir.