Polisə quldurluq hadisəsi barədə bilərəkdən yalan məlumat verən taksi sürücüsü saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət
Həsənov yanvarın 3-də Xətai rayonu ərazisində olan zaman
avtomobilinə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz
qaldığı barədə polisə müraciət edib.

Trend xəbər verir
ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

O bildirib ki, naməlum şəxs onu kəsici-deşici alətlə hədələyərək
80 manat pulunu talayıb. Xətai Rayon Polis İdarəsi 36-cı Polis
Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.Həsənovun
polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub. O,
müştərinin onun pulunu vermədiyi üçün polisə bilərəkdən quldurluq
hadisəsi ilə üzləşdiyi barədə yalan məlumat verdiyini etiraf
edib.




H.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində
cinayət işi başlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.