Bakı. Trend:
Ekvatorial Qvineyanın paytaxtı təhlükəsizlik və logistikanın
yaxşılaşdırılması məqsədilə dəyişdirilib.
Trend xəbər verir
ki, bu barədə Prezident Teodoro Obiank Ngema Mbasogo müvafiq
fərmanı imzalayıb.
Fərmana əsasən, ölkənin paytaxtı Malabodan ölkənin mərkəzində
yeni tikilmiş Ciudad de la Paz şəhərinə köçürülüb. Bu addım
hakimiyyət institutlarının təhlükəsizliyini təmin etmək və ölkənin
bütün bölgələrinin harmonik inkişafını dəstəkləmək məqsədilə
atılıb.

