Xocalıda yolların buz bağlaması səbəbindən köməksiz qalan vətəndaşlar xilasedilib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Xocalı rayonu, Baharlı kəndi ərazisində yolların buz bağlaması
səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması
barədə məlumat daxil olub.

Trend xəbər verir
ki, bu barədə FHN məlumat yayıb.




Məlumat daxil olan kimi əraziyə FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması
səbəbindən hərəkət edə bilməyən “Azsamand” markalı minik
avtomobilinin hərəkəti təmin olunub və vətəndaşlara müvafiq
köməklik göstərilib.