Bakı. Trend:
Rəsmilərin məlumatına görə, Venesuela Prezidenti Nikolas
Maduronun işi ilə bağlı Manhetten Federal Məhkəməsində ilk
dinləmənin bazar ertəsi keçirilməsi gözlənilir.
Trend xəbər verir
ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
ABŞ Ədliyyə Nazirliyinin açıqladığı ittihamnamədə Nikolas Maduro
“korrupsiyalaşmış, qanunsuz hökumət” çərçivəsində genişmiqyaslı
narkotik qaçaqmalçılığı əməliyyatlarını idarə etməkdə ittiham
olunur və bu fəaliyyət nəticəsində ABŞ-a minlərlə ton kokain
gətirildiyi bildirilir.
Məlumata görə, Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi
şənbə günü axşam Nyu-Yorka eniş edib. Maduro ABŞ Narkotiklərlə
Mübarizə İdarəsinin ofisinə çatdırılıb və hazırda Nyu-Yorkdakı
istintaq təcridxanasında saxlanıldığı güman edilir.
Nyu-Yorkdakı venesuelalı immiqrantlar isə Nikolas Maduro və
Siliya Floresin ələ keçirilməsini qeyd edərək bayram ediblər.

