
Bakı. Trend:
Böyük Britaniyanın Oksfordşir qraflığının Bister şəhərində
yerləşən, 1 100 yerlik Bullinqdon həbsxanasına dron dəstələri ilə
hücum həyata keçirilib.
Trend “The Sun”
nəşrinə istinadən xəbər verir ki, hücum nəticəsində məhbuslara
narkotik vasitələr və silah ötürülüb.
Məlumata görə, basqın gecə saatlarında baş verib. Dronları
zərərsizləşdirməyə çalışan mühafizəçilərin də hücuma məruz qaldığı
bildirilir.
Qeyd olunub ki, mühafizə torlarının olmaması, eləcə də
pəncərələrin zəif konstruksiyaya malik olması və ya zədələnməsi
təhlükəsizlik problemlərini daha da dərinləşdirib.
Hadisə ilə bağlı araşdırmalara başlanıldığı, həmçinin
müəssisənin təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə vəsaitin
ayrılacağı bildirilib.

