Zelenski və Tramp yenidən görüşəcəklər

Baş səhifə

Bakı. Trend:

Ukrayna və Amerika Birləşmiş Ştatları prezidentləri yenidən
görüşəcəklər.

Trend xəbər verir ki, bu
barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə məlumat
verib.

Zelenski yanvarın sonunda ABŞ Prezidenti Donald Trampla sülh
planını müzakirə etmək üçün yeni görüş keçirəcəyini açıqlayıb.

Prezidentin sözlərinə görə, bundan əvvəl Avropa liderlərinin
görüşü olacaq, orada təhlükəsizlik sənədləri yekunlaşdırılacaq.
Liderlər bir çox məsələni müzakirə edəcəklər. Lakin əsas diqqət
təhlükəsizlik zəmanətləri və Ukraynanın bərpasına yönəldiləcək.




Prezident əlavə edib ki, Donald Trampın komandası ilə də
görüşlər olacaq və bu görüşlər Parisdə keçiriləcək.

“Görüşlər 24 saat, bəlkə də iki saat davam edəcək. Hər şey
işlərin gedişatından asılıdır. Bundan sonra düşünürəm ki, biz
ABŞ-da geniş çərçivədə rəhbərlik səviyyəsində görüşə
hazırlaşacağıq. Biz istərdik ki, bütün bunlar yanvarın sonuna qədər
baş versin”, – deyə Prezident bildirib.

Qeyd edək ki, dekabrın 28-də Ukrayna və ABŞ prezidentləri
Volodimir Zelenski və Donald Tramp Floridada görüşüblər.
Danışıqlardan sonra liderlər əldə edilmiş nəticələrlə bağlı
açıqlamalar veriblər. ABŞ prezidenti Donbas məsələsində müəyyən
irəliləyiş olduğunu bildirərək, yekun qərarın hələ verilmədiyini,
lakin tərəflərin razılığa yaxın olduğunu bildirib.