“Mançester Siti” “Trua”nın vingerini transfer etməkdə maraqlıdır

Baş səhifə

Bakı. Trend:

“Mançester Siti” “Trua”nın 18 yaşlı vingeri Matis Deturbeyi
transfer etməkdə maraqlıdır.

Trend xəbər verir ki, fransız
futbolçunun Liqa 2-də komandasının birinci pillədə qərarlaşdığı
mövsümdə 17 oyunda 0 qolu və 2 məhsuldar ötürməsi var. Deturbeyin “Trua” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.




Bildirilir ki, yayda “Roma” futbolçu üçün 10 milyon avro təklif
edib və hələ də onu izləməkdə davam edir. Həmçinin alman klubları
da maraq göstərir, “Monako” isə artıq qışda transferi
reallaşdırmağa cəhd göstərə bilər.