BMT bu ay terrorla bağlı hesabat təqdim edəcək

Baş səhifə

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasının 2026-cı ilin yanvar ayı üçün iş
planı açıqlanıb.

Trend bu
barədə BMT-nin rəsmi saytına istinadən xəbər verir.

Təhlükəsizlik Şurasının 2734 (2024) saylı, 10 iyun 2024-cü il
tarixli qətnaməsinin 109-cu bəndinə əsasən, BMT-nin Baş katibi İŞİD
və Əl-Qaidə ilə bağlı beynəlxalq təhlükələrə dair strateji
səviyyəli hesabat təqdim etməlidir.

Hesabat aşağıdakı mövzuları əhatə edəcək:

– Xarici terrorçuların İŞİD və əlaqəli qruplara qoşulması, digər
ölkələrə hərəkəti və geri qayıtması;




– Bu təşkilatların maliyyələşmə mənbələri, o cümlədən neft,
artefaktlar və digər təbii resursların qanunsuz ticarəti;

– Planlaşdırılan və həyata keçirilən terror aktları, eləcə də bu
qruplara göstərilən dəstək;

– BMT-nin üzv dövlətlərə göstərdiyi texniki və əməliyyat dəstəyi
və onun effektivliyi.

Hesabat BMT-nin Terrorla Mübarizə İcra Direktorluğu (CTED),
Monitorinq Qrupu, UNOCT və digər müvafiq qurumların iştirakı ilə
hazırlanacaq. Təhlükə qiymətləndirilməsinə dair təhlil Monitorinq
Qrupunun son yarımillik hesabatı ilə təqdim olunacaq.

Strateji hesabatın 2026-cı ilin yanvar ayının sonunadək təqdim
olunması planlaşdırılır.