Xameneyi İrandakı xarici agentlərə qarşı mübarizəni gücləndirməyə çağırıb

Baş səhifə
Xameneyi İrandakı xarici agentlərə qarşı mübarizəni gücləndirməyə çağırıb

İran iqtisadiyyatı “Tehranın düşmənləri”nin təzyiqi səbəbindən problemlərlə üzləşir və ölkə ərazisində onların agentlərinə qarşı mübarizə gücləndirilməlidir.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın ali lideri Ayətullah Əli Xameneyi 2025-ci ilin iyun ayında ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində həlak olanların ailələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Tehranda kiçik biznesin son etirazları valyuta məzənnəsindəki dəyişkənliklər səbəbindən baş verib.

Xamaneyi qeyd edib ki, İran etiraz etmək hüququna hörmət etsə də, iğtişaşlara dözümsüzdür:

“Xarici valyutanın qiymətlərinin (riala nisbətən) nəzarətsiz artması təbii hadisə deyil, bu, düşmənin əməlidir və onu dayandırmaq lazımdır. Biz etirazçılarla danışırıq, lakin iğtişaşların iştirakçıları ilə danışmağın mənası yoxdur”.

O, təhlükəsizlik qüvvələrini “iğtişaşlar vasitəsilə ölkənin təhlükəsizliyini pozmağa çalışan düşmən muzdlularına” qarşı repressiyaları gücləndirməyə çağırıb.

Xameneyi əlavə edib ki, İran Prezidenti və yüksək vəzifəli rəsmilər iqtisadi problemləri həll etmək üçün səylərini əsirgəmirlər.