
Almaniya və İtaliya ABŞ-nin əməliyyatı fonunda Venesueladakı vəziyyətlə bağlı narahatlıq ifadə ediblər.
“Report”un “Reuters”ə istinadən verdiyi məlumata görə, Almaniya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, “Venesueladakı vəziyyəti böyük narahatlıqla izləyirlər” və bu məsələ ilə bağlı daha sonra “böhran qərargahı”nın iclası keçirilməlidir.
“Nazirlik Karakasdakı səfirliklə sıx təmasdadır və böhran qərargahı bu gün daha sonra toplaşacaq”, – qurumdan qeyd ediblər.
Öz növbəsində İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, Roma və onun Karakasdakı diplomatik nümayəndəliyi hadisələrin inkişafını diqqətlə izləyir, ölkədəki italyan icmasına xüsusi diqqət yetirir.
Onun sözlərinə görə, İtaliyanın Baş naziri Corcia Meloni mütəmadi olaraq məlumat alır və XİN-in böhran qərargahı artıq işə başlayıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


