Futbol tarixinin ən çox oyuna çıxan futbolçusu karyerasını bu klubda davam etdirəcək

Baş səhifə

Bakı. Trend:

Dünya futbol tarixində ən çox rəsmi matçlara çıxan futbolçu kimi
rekorda imza atmış braziliyalı qapıçı Fabionun karyerasını hansı
klubda davam edəcəyi məlum olub.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, 45 yaşlı Fabio Braziliyanın Fluminense
klubu ilə yeni müqavilə bağlayıb.




Müqavilənin şərtlərinə əsasən, o 2027-ci ilə qədər klubun
şərəfini qoruyacaq.

Qeyd edək ki, Breziliyalı qolkiper 2003-cü ildə Braziliya Milli
Komandasının heyətində “Copa America”nın mükafatçısı olub.