
Bakı. Trend:
Nyu-York Federal Ehtiyat Bankı daimi REPO əməliyyatı
çərçivəsində uyğun maliyyə qurumlarına rekord həcmdə – 74,6 milyard
dollar nağd pul borc verib.
Trend bu
barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, bu artım, maliyyə şirkətlərinin ilin sonuna yaxın
likvidlik ehtiyaclarını qarşılamaq cəhdləri ilə əlaqələndirilir.
Vəsaitin 31,5 milyard dolları ABŞ xəzinə istiqrazları, 43,1 milyard
dolları isə ipoteka ilə təmin olunmuş qiymətli kağızlarla təmin
edilib. Bu, əvvəlki rekord göstərici olan 31 oktyabr tarixindəki
50,35 milyard dollarlıq borclanmanı da geridə qoyub.
Mütəxəssislər bu tendensiyanı ilin sonu likvidlik tələbatının
artması və bazarda stabilliyin qorunması məqsədilə atılmış
müvəqqəti addım kimi qiymətləndirirlər.


