Gəncədə evdə yanğın baş verib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə
şəhəri, Faiq Bayramov küçəsində fərdi yaşayış evində yanğın baş
verməsi barədə məlumat daxil olub.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə
İdarəsinin qüvvələri cəlb olunub.




Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər
sayəsində bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş
vermiş yanğın daha böyük sahəyə yayılmasına imkan verilmədən
söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 90kv.m. olan evin yanar
konstruksiyaları, ümumi sahəsi 120kv.m. olan evin dam örtüyünün
yanar konstruksiyaları 40 kv.m sahədə və ümumi sahəsi 216kv.m. evin
dam örtüyünün yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.

Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə
olunub.