Şahbuzda qarın hündürlüyü 48 sm-ə çatıb

Baş səhifə

Bakı. Trend:

Yanvarın 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.




Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 3-ü
saat 11:00-a olan məlumatına əsasən yanvarın 2-si gün ərzində ölkə
ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti müşahidə
olunub, yanvarın 3-ü gecə və səhər isə hava əsasən yağmursuz
keçib.

Qarın hündürlüyü Şahbuzda 48, Qaxda 36, Lerikdə 30, Qusarda 29,
Qrızda 27, Xınalıqda 25, Yardımlı, Gədəbəydə 18, Şahdağda 17,
Xaltanda 11, Şəkidə 10, Xızıda 9, İsmayıllıda 8, Qobustan,
Sədərəkdə 6, Qəbələdə 5, Quba, Ordubadda 4, Şərurda 2, Ağsu,
Zaqatala, Naxçıvanda 1 sm-dir.

Şahbuz, Culfa, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən,
Qax, Şamaxı, Qrız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub.
Dumanda görünüş 200 m-dək məhdudlaşıb.