Bakı. Trend:
İranın Xuzistan əyalətinin Şuştar şəhərində polis əməkdaşları
bir qrup etirazçını saxlayıb və onlardan odlu silah və bıçaqlı
silahlar müsadirə edib.
Trend-in məlumatına görə, bu barədə vilayətin polis rəisi Fərşad
Kazemi deyib.
“Hüquq-mühafizə orqanları əməkdaşlarının sayıqlığı və vaxtında
görülən tədbirləri sayəsində bir neçə qayda pozucusu müəyyən
edilərək saxlanılıb, həmçinin onlardan bir ədəd Colt tapançası, 12
ədəd soyuq silah və bir ədəd daraq tapılıb”, – deyə o bildirib.
F.Kazemi vətəndaşları cinayətkarların əhali arasında nifaq
salmaq və ölkədə iğtişaş yaratmaq cəhdlərinə qarşı ayıq-sayıq
olmağa çağırıb.

