İstanbulda 67 nəfər İŞİD üzvlüyü ittihamı ilə həbs edilib

Baş səhifə

Bakı. Trend:

İstanbul məhkəməsi yanvarın 2-si axşamı 67 nəfəri İŞİD terror
qruplaşmasına üzvlük ittihamı ilə həbs edib.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə KİV-ləri xəbər verib.

Məlumata əsasən, Təhlükəsizlik qüvvələri Yeni il gecəsi
İstanbulun üç bələdiyyəsində İŞİD-ə qarşı əməliyyat keçirib, 147
nəfər saxlanılıb, onlardan 32-si sonradan Türkiyədən deportasiya
edilmək üçün miqrasiya mərkəzinə yerləşdirilib.




Qeyd edək ki, Türkiyə təhlükəsizlik qüvvələri bu həftə ölkə
daxilində İŞİD-ə qarşı üç reyd keçirib və təxminən 500 nəfəri
saxlayıb.

İstanbul prokurorluğu bildirib ki, onlardan bəziləri Yeni il
bayramı zamanı Türkiyədə zorakılıq planlarında iştirak edə
bilər.