Ukraynanın müdafiə naziri postuna yeni şəxs təqdim olunub

Baş səhifə
Ukraynanın müdafiə naziri postuna yeni şəxs təqdim olunub

Ukraynanın müdafiə naziri postuna yeni şəxs təqdim olunub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu posta rəqəmsal inkişaf naziri Mixaylo Fedorovu təqdim edib.

O, qeyd edib ki, hazırkı müdafiə naziri Denis Şmıqalı başqa dövlət vəzifəsinə yönləndirəcək. Xatırladaq ki, Denis Şmıqal ötən il bu posta təyin edilib. Buna qədər Ukraynanın Baş naziri olub. O, Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakın adamı kimi tanınır.