Alp dağlarında qar uçqunları nəticəsində iki nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Alp dağlarının İtaliyada yerləşən hissəsində qar uçqunları
nəticəsində azı iki nəfər həlak olub, bir neçə nəfər xəsarət
alıb.

Trend-in
məlumatına görə, ciddi insidentlərdən biri Fransa ilə sərhəddə
yerləşən Mayra vadisində qeydə alınıb. Burada bir nəfər ölüb, iki
nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritik
qiymətləndirilir.




Daha bir qar uçqunu Turin yaxınlığında yerləşən məşhur dağ-xizək
kurortu ərazisində baş verib. Nəticədə bir nəfər yaralanıb. Bundan
əlavə, İtaliyanın şimal-şərqindəki Veneto regionunda qar uçqunu 50
yaşlı xizəkçi turistin həyatına son qoyub.

Hakimiyyət orqanları bildirirlər ki, mürəkkəb hava şəraiti,
güclü külək və çovğun Alp dağlarında uçqun təhlükəsini əhəmiyyətli
dərəcədə artırır və xilasetmə işlərini çətinləşdirir.