Ukrayna prezidenti ofisinin yeni rəhbəri məlum olub

Baş səhifə

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin yeni rəhbəri
məlum olub.

Trend-in
məlumatına görə, bununla bağlı Ukrayna prezidenti Volodimir
Zelenski fərman imzalayıb.




Fərmana əsasən, Kirill Budanov Ukrayna Baş Kəşfiyyat İdarəsinin
rəisi vəzifəsindən azad edilib. Digər fərmanla K.Budanov Volodimir
Zelenskinin ofisinin rəhbəri vəzifəsinə təyin edilib.