Mexikoda baş verən zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb

Baş səhifə

Bakı. Trend:

Meksika paytaxtı Mexikoda baş verən zəlzələ nəticəsində 12 nəfər
xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə Mexikonun meri Klara Bruqada “X” sosial şəbəkəsində yazıb.




“Zəlzələyə cavab protokolunun tətbiqindən bəri 12 nəfər həlak
olub, beş elektrik dirəyi və dörd ağac aşıb, müxtəlif ərazilərdə
elektrik enerji təchizatının olmaması ilə bağlı 18 cağırış olub”, –
deyə o bildirib.

Onun sözlərinə görə, şəhər qurumları zəlzələnin nəticələrini
qiymətləndirməyə, yaşayış və inzibati binaları, eləcə də vacib
infrastruktur obyektlərini yoxlamağa davam edir.