Bakı. Trend:
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqindəki
Hadramaut vilayətinin Seyyun şəhərinin hava limanına bir sıra hava
hücumları həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə “AIC” televiziya kanalı
xəbər verib.
Məlumata əsasən, Səudiyyə Ərəbistanına məxsus təyyarələr hava
limanına ən azı üç hava hücumu həyata keçirib. Hücumlar şəhərdə
güclü partlayışlara səbəb olub.
Yəmənin informasiya, mədəniyyət və turizm nazirinin müavini
Salah əl-Aqel “Sky News Arabia” telekanalına hava limanına
endirilən zərbələri təsdiqləyib.

