
“Fənərbağça” futbol klubu yarımmüdafə xəttini gücləndirmək üçün İtaliyanın A Seriyasının təmsilçisi “İnter”in formasını geyən Davide Frattesi ilə maraqlanır.
“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Xatırladaq ki, 26 yaşlı futbolçu 2024-cü ildə “Sassuolo”dan 32 milyon avroya “İnter”ə transfer olunub. Məlumata görə, “Fənərbağça” isə futbolçunu icarəyə götürə bilər.
Davide Fratesi ilə İtaliyanın “Yuventus” klubu da maraqlanır.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


