Bakı. Trend:
“SpaceX” şirkətinin təsisçisi İlon Musk Somalinin BMT-dəki daimi
nümayəndəsi Abukar Dahir Osmanın həbs olunmasına çağırıb.
Trend-in məlumatına görə, bu barədə İ.Mask “X” sosial
şəbəkəsində yazıb.
“Onu həbs edin”, – deyə İ.Mask Osmanın əvvəllər ABŞ vergi
ödəyiciləri tərəfindən maliyyələşdirilən və “Medicaid” proqramı ilə
dələduzluqda təqsirli bilinən bir səhiyyə şirkətinə sahib olduğunu
iddia edən paylaşım altında yazıb.
Abukar Dahir Osman aylıq rotasiya çərçivəsində 1 yanvar 2026-cı
ildə BMT Təhlükəsizlik Şurasının sədrliyini öz üzərinə götürüb.
Somali özü 2025-2026-cı illər üçün BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv kimi qoşulub.

