Sumqayıtda ahıl kişi dəm qazından boğularaq ölüb

Baş səhifə
Sumqayıtda ahıl kişi dəm qazından boğularaq ölüb

Sumqayıtda 68 yaşlı kişi dəm qazından boğularaq ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Kimyaçılar qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Bağırov Abbasəli Mansur oğlu yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.