Şamaxıda fərdi yaşayış evində partlayış olub – Xəsarət alan var

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Şamaxı rayonu, Şahin Hüseynov küçəsində yerləşən fərdi yaşayış
evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon Yanğından
Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı
vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m. olan fərdi yaşayış evində,
ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət
olunmayan partlayışın baş verdiyi müəyyən olunub.




Partlayış dalğasının təsirindən fərdi yaşayış evinin ümumi
sahəsi 30kv.m. olan bir otağında pəncərələrin şüşəsi sınıb, otağın
lambirdən ibarət tavanı dağılıb, ev sahibi müxtəlif dərəcəli
xəsarətlər alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik
tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.