Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının bəzi rayon, qəsəbə və kəndlərinə
bir neçə gündür aramsız qar yağır.
Trend-in
məlumatına görə, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət
Agentliyindən bildiriblər.
Məlumata əsasən, hazırda təhlükəsiz və fasiləsiz hərəkətin təmin
olunması məqsədilə Şərur, Ordubad, Şahbuz, Kəngərli rayonlarının
ərazilərində respublika və yerli əhəmiyyətli avtomobil yollarında
qardan təmizləmə işləri aparılır.
Muxtar respublikanın avtomobil yollarında qardan təmizləmə
işləri gücləndirilmiş iş rejimində davam etdirilir. Yolların daim
açıq saxlanması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin
təmin edilməsi üçün texnikalar və canlı qüvvə ərazilərə səfərbər
olunub.
Yollarda qar təmizləmə və qum-duz səpilməsi işləri intensiv
şəkildə aparılır.

