Şamaxıda qarlı hava səbəbindən köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Şamaxı rayonunda (Şamaxı-Muğanlı yolunun 12-ci kilometrliyi) yolun
qarlı-buzlu olması ilə əlaqədar xilasedici köməyinə ehtiyac
yaranması barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.




“Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq
qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti
qiymətləndirilərkən müəyyən olunub ki, “Baic” markalı minik
avtomobilində 5 nəfər köməksiz vəziyyətdə qalıb. Həyata keçirilən
xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 5 nəfərə müvafiq
köməklik göstərilib”, – FHN-dən bildirilib.