Bakı. Trend:
“Milan” heyətinə yeni futbolçu qatıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti
məlumat yayıb.
A seriyası təmsilçisi “Vest Hem Yunayted”dən hücumçu Niklas
Fülkruqu icarəyə götürüb.
Niklas Füllkruq “Verder”in gənclər akademiyasında yetişib və
karyerasının ilk hissəsini Almaniyada keçirib. 2019-cu ildə “Verder”ə qayıtmazdan əvvəl “Qroyter Fürt”, “Nürnberq” və “Hannover”də oynayıb. 2023-cü ilin yayında o, “Borussiya” Dortmunda
transfer olub, 2024-cü ildə isə “Vest Hem Yunayted”ə keçib.

