“Neftçi” – “Kayrat” oyununun vaxtı müəyyənləşdi

Baş səhifə

Bakı. Trend:

Qış fasiləsində mövsümün ikinci hissəsinin hazırlıqlarını
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirəcək
“Neftçi” hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyununa
çıxacaq.

Trend xəbər
verir ki, “ağ-qaralar”ın ilk görüşünü Qazaxıstan təmsilçisi
“Kayrat”a qarşı keçirəcək.




Oyun yanvarın 9-u yerli vaxtla 19:00-da başlayacaq.

“Neftçi”nin digər iki rəqibi isə Misir və Çin klubları olacaq.
Bu qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb. Bakı klubu
yanvarın 17-də Azərbaycana qayıdacaq.