Türkiyədə polislərin şəhid olduğu hücumla əlaqədar 26 terorçu həbs edilib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Yalova şəhərində 3 polisin şəhid olduğu hücumla
əlaqədar saxlanılan 42 şübhəlidən 26-sı həbs edilib.

Trend bu barədə
Türkiyə KİV-ə istnadən xəbər verir.

Aralarında evdən sağ çıxarılan 5 qadının da olduğu şübhəlilər,
dünən Yalova Məhkəməsinə göndərilib.




Onlardan 26-sı məhkəmə tərəfindən həbs olunub, 16-sı isə
məhkəmənin təyin etdiyi hüquqi nəzarət şərti ilə azadlığa
buraxılıb.

Qeyd edək ki, 29 dekabrda saat 02:00 radələrində İŞİD-ə qarşı
keçirilən əməliyyat zamanı evlərdən birindən açılan atəş
nəticəsində polis əməkdaşları İlker Pehlivan, Turgut Külünk və
Yasin Koçyiğit şəhid olub, 8 polis və 1 mühafizəçi yaralanıb.
Qarşıdurmada 6 İŞİD terrorçusu zərərsizləşdirilib.