Bakıda məhkuma məxsus gizlədilmiş avtomat aşkarlanıb – BİRGƏ ƏMƏLİYYAT

Baş səhifə
Bakıda məhkuma məxsus gizlədilmiş avtomat aşkarlanıb - BİRGƏ ƏMƏLİYYAT

Bakıda məhkum tərəfindən həbs edilməmişdən əvvəl gizlədilmiş abtomat silahı aşkarlanıb.

Bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş “AKS-74” tipli “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.

MƏLUMAT YENİLƏNİR …