
Bakı.Trend:
Ölkə üzrə bütün abonentlərin qaz limitləri yenilənib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat
Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz limitləri il dəyişəndə avtomatik olaraq
yenilənir.
“Smart kart tipli sayğaclarda dekabrın 31-dən yanvarın 1-nə
keçən gecə avtomatik yenilənmə gedir. Yanvarın 1-dən isə bütün ölkə
üzrə qaz limitləri yenilənir və abonentlərin sərfiyyatı yeni
limitlə ölçülür”,-deyə qurumdan əlavə olunub.


