“Aston Villa” Braziliyanın “Qremio” klubundan Alissonu transfer edib

Baş səhifə

Bakı. Trend:

“Aston Villa” rəsmi saytında Braziliyanın “Qremio” klubundan
hücumçu Alissonun transferini elan edib.

Trend xəbər verir
ki, Transfermarkt 19 yaşlı futbolçunun bazar dəyərini 8 milyon avro
olaraq qiymətləndirir.

“Aston Villa” braziliyalı gənc qanad oyunçusu Alissonun
“Qremio”dan transferini məmnuniyyətlə elan edir.




Portu-Aleqri təmsilçisinin akademiyasının yetirməsi olan Alisson
2024-cü ilin iyul ayında əsas komandada debüt edib. O, ötən mövsüm
Braziliya çempionatında 34 oyunda meydana çıxaraq “Qremio”nun əsas
heyət üzvlərindən birinə çevrilib.

“Xoş gəlmisən, Alisson!”, – deyə klubun açıqlamasında
bildirilir.