COP31 İqlim Konfransı 2026-cı ilin noyabrında Antalyada keçiriləcək

Baş səhifə

Bakı. Trend:

BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) 9–20 noyabr 2026-cı
il tarixlərində Antalyada keçiriləcək.

Trend xəbər verir
ki, bu barədə Türkiye Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi
Nazirliyi məlumat yayıb.




Məlumata görə, Avstraliya ev sahibliyi hüququnu Türkiyəyə verib
və həmsədrlikdən çəkilib. Bu səbəbdən iqlim sammiti 2026-cı ildə
Antalyada təşkil olunacaq.

Nazirliyin açıqlamasında bildirilib: “COP31 9–20 noyabr 2026-cı
il tarixlərində Antalyada keçiriləcək. Türkiye iqlim
diplomatiyasının mərkəzinə çevriləcək”.