Venesuela narkotik qaçaqmalçılığına qarşı mübarizəni ABŞ ilə müzakirə etməyə hazırdır

Baş səhifə
Venesuela narkotik qaçaqmalçılığına qarşı mübarizəni ABŞ ilə müzakirə etməyə hazırdır

Venesuela hökuməti ABŞ ilə narkotik ticarətinə qarşı mübarizə və neft sektoruna investisiyalarla bağlı sazişi müzakirə etməyə hazırdır.

“Report”un məlumatına görə, bunu Cənubi Amerika ölkəsinin prezidenti Nikolas Maduro jurnalist İqnasiо Ramonetə verdiyi müsahibədə bildirib.

“Düşünürəm ki, faktlara əsaslanaraq ciddi danışmağa başlamaq lazımdır. ABŞ hökuməti bunu bilir, çünki biz bunu onların bir çox nümayəndələrinə demişik, əgər onlar narkotik qaçaqmalçılığına qarşı mübarizə sazişini ciddi şəkildə müzakirə etmək istəyirlərsə, biz hazırıq. Əgər onlara Venesuela nefti lazımdırsa, Venesuela “Chevron” kimi Amerika investisiyalarına istənilən vaxt açıqdır”, – Maduro deyib.