Jair Bolsonaro xəstəxanadan buraxılıb, həbs cəzasını davam etdirir

Baş səhifə

Bakı. Trend:

Braziliyanın keçmiş prezidenti (2019-2022) Jair Bolsonaro dekabr
ayında əməliyyatdan sonra xəstəxanadan buraxılıb və dövlət
çevrilişi işi üzrə cəzasını davam etdirmək üçün Braziliyadakı
həbsxanaya qaytarılıb.

Trend xəbər verir
ki, bu barədə “O Globo” qəzeti məlumat yayıb.

Həkimlər 70 yaşlı Bolsonaronun vəziyyətini qənaətbəxş hesab
ediblər. Qasıq yırtığı əməliyyatından sonra sağalması problemsiz
keçib, həmçinin onun xroniki hıçqırıqları dərmanlarla uğurla
müalicə olunub.




Daha əvvəl Braziliyanın Federal Ali Məhkəməsi keçmiş prezidentin
xəstəxanaya yerləşdirilməsinə icazə vermişdi. Şərti azadlıqdan
sonra onun həbsxanaya qaytarılması planlaşdırılırdı. Lakin hakim
Aleksandr de Morais siyasətçinin vəkillərinin onun həbs cəzasını ev
dustaqlığı ilə əvəz etmək barədə vəsatətini rədd etmişdi.

Qeyd edək ki, Bolsonaro dövlət çevrilişinə cəhdə görə həbs
cəzası çəkir. 2025-ci ilin sentyabr ayında o, 27 ildən çox müddətə
azadlıqdan məhrum edilib.