Bakı. Trend:
Berlində Yeni il şənlikləri zamanı təxminən 400 nəfər
saxlanılıb.
Trend xəbər verir
ki, bu barədə “Der Tagesspiegel” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Yeni il gecəsi hüquq-mühafizə
orqanlarının əməkdaşlarına çoxsaylı hücumlar qeydə alınıb.
Paytaxtda təxminən 400 nəfər müvəqqəti olaraq saxlanılıb, ən azı 24
polis əməkdaşı isə xəsarət alıb.
Bayram tədbirləri zamanı şəhər küçələrində 3 200 hüquq-mühafizə
orqanı əməkdaşı cəlb olunub.
Bildirilir ki, bayram gecəsi ərzində yanğınsöndürmə xidmətinə 1
830 zəng daxil olub ki, bu da ötən illə müqayisədə 62 zəng azdır.
Yanğınsöndürənlər 11 dəfə hücum və təqibə məruz qalıb. Eyni
zamanda, təcili tibbi yardım xidmətinə 970 zəng daxil olub ki, bu
da yeni rekord göstəricidir.

