Bakı. Trend:
Kolumbiya sularında böyük miqdarda kokain daşıyan gəmi
saxlanılıb.
Trend-in
məlumatına görə, Kolumbiya Prezidenti Qustavo Petro bu barədə “X”
sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, saxlanılan yükdən istehlakçı ölkələrə
təxminən 10 milyon doza kokain göndərilməsi planlaşdırılırdı.
Prezident bildirib ki, Kolumbiyanın Hərbi Dəniz və Hərbi Hava
Qüvvələrinin birgə əməliyyatı nəticəsində Kartaxena şəhəri
yaxınlığında ümumilikdə 4 ton kokain müsadirə olunub.

