Bakı. Trend:
Yeni il axşamı Perunun şimalında mədənçilərə naməlum şəxslərin
hücumu nəticəsində azı üç nəfər həlak olub, yeddi nəfər isə itkin
düşüb.
Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Patas şəhərinin
meri Aldo Marino bildirib.
Qeyd olunub ki, insident şimal-qərbdə yerləşən La-Libertad
bölgəsinin Patas şəhərində baş verib. Hadisəni törətməkdə yerli
cinayətkar qruplaşmanın üzvləri şübhəli bilinir. Onlar bu ərazidə
nəzarətlərini genişləndirməyə çalışırlar.
Məlumata görə, həmin qruplaşma əvvəllər də dəfələrlə hücumlar
təşkil edib.

