Finlandiya polisi saxlanılan gəminin iki heyət üzvünü həbs edib

Baş səhifə

Bakı. Trend:

Finlandiya polisi Tallin və Helsinki arasında “Elisa” sualtı
telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinən “Fitburg”
gəmisinin heyətinin iki üzvünü həbs edib.

Trend bu barədə
“Yle” telekanalına istinadən xəbər verir.

Məlumata görə, yük gəmisinin daha iki heyət üzvünün ölkədən
çıxışına qadağa qoyulub.




Finlandiya Milli İstintaq Bürosunun komissarı Risto Lohi
bildirib ki, gəmidə araşdırmalar aparılıb və heyət üzvləri
dindirilib. Onun sözlərinə görə, hazırda vəziyyət və heyətin
hadisədəki rolu qiymətləndirilir. Komissar heyətin istintaqla
əməkdaşlıq etdiyini və bunun işin gedişinə müsbət təsir
göstərdiyini qeyd edib.

Qeyd olunur ki, Sent-Vinsent və Qrenadin bayrağı altında üzən
gəminin heyəti ümumilikdə 14 nəfərdən ibarətdir. Onlar Rusiya,
Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşlarıdır. Gəmi
kapitanının vətəndaşlığı barədə məlumat açıqlanmayıb.