Azərbaycan XİN İsveçrəyə başsağlığı verib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi İsveçrənin Krans-Montana
şəhərində baş verən faciəvi yanğınla əlaqədar başsağlığı verib.

Trend xəbər verir ki,
başsağlığı XİN-in “X” sosial şəbəkə hesabında paylaşılıb.

Paylaşımda bildirilib ki, Krans-Montanada baş verən və çoxsaylı
insan tələfatı ilə nəticələnən yanğın xəbəri dərin kədər hissi
doğurub və bu hadisə həm ölənlərin, həm də xəsarət alanların olması
ilə yadda qalıb.

Nazirlik həlak olanların ailələrinə və İsveçrə xalqına səmimi
başsağlığı verildiyini, dərin hüzn ifadə olunduğunu qeyd edib,
yaxınlarını itirənlərlə həmrəy olduqlarını vurğulayıb və yaralılara
tezliklə şəfa diləyib.

Qeyd edək ki, İsveçrənin Alp dağlarında yerləşən məşhur xizək
kurortu Krans-Montanada 2026-cı il yanvarın 1-nə keçən gecə, saat
01:30 radələrində “Le Constellation” adlı iki mərtəbəli barda
partlayış baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həyatını
itirib, 100-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər
alıb.