Xankəndiyə gələn turistlərin sayı artıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bayram günlərində Xankəndi şəhəri təkcə bayram ab-havası ilə
deyil, həm də yerli, xarici qonaqların yaratdığı canlanma ilə
xüsusi diqqət çəkir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, bu günlərdə Xankəndi şəhərinə gələn qonaqların sayında xeyli
artım qeydə alınıb.

Qonaqlar Xankəndidə aparılan genişmiqyaslı bərpa və quruculuq
işlərini, şəhərin sürətlə dirçəldiyini və yeni sima qazandığını
yüksək qiymətləndirirlər.

Bərdə rayon sakini, Bərdədən Xankəndiyə qonaq gələn Fəzail
Səfərov bayram təəssüratlarını bölüşərək bildirib ki, bu şəhərdə
olmaq hər bir azərbaycanlı üçün böyük mənəvi dəyər daşıyır:




“Xankəndiyə bayram günlərində gəlmək sözlə ifadə olunmayacaq
qədər qürurvericidir. İllər boyu həsrətində olduğumuz torpaqlarda
bu gün bayram sevinci yaşamaq, azad və abad bir şəhəri görmək
insanı kövrəldir. Bu günləri bizə yaşadanlara minnətdarıq.”

Füzulidən Xankəndiyə gələn Rəsul Hümbətov isə burada hökm sürən
bayram ovqatının xüsusi olduğunu vurğulayıb:“Xankəndidə bayram
tamam başqa hissdir. Burada hər addımda dövlətin gücünü, xalqımızın
birliyini hiss edirsən. Şəhərin dirçəlməsi, insanların üzündəki
sevinc gələcəyə olan inamımızı daha da artırır.”Xocalı rayonu
sakini olan, Goranboydan Xankəndiyə gələn Allahverən Kərimov da
bayram günlərində doğma torpaqlarda olmağın onun üçün böyük qürur
mənbəyi olduğunu deyib:“Bu gün Xankəndidə bayramı qarşılamaq mənim
üçün tarixi bir anıdır.

Şəhidlərimizin qanı ilə azad edilən bu torpaqlarda sülh,
əmin-amanlıq və bayram sevinci görmək hər birimizi kövrəldir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.”Bayram günlərində
Xankəndiyə axın edən qonaqların sayı şəhərdə yaranan yüksək
əhval-ruhiyyəni daha da artırır. Qeyd edək ki, Xankəndinin bayram
günlərində yerli və xarici qonaqlar üçün cəlbedici məkana
çevrilməsi ölkəmizin doğma torpaqlarında qurulan yeni həyatın və
parlaq gələcəyin göstəricisidir.