
“Azərbaycan Hava Yolları” QSC (AZAL) borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb.
“Report” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin illik maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, 2024-cü ildə aviaşirkətin borc qiymətli kağızlarına 10 milyon manatlıq investisiyası formalaşıb.
Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Onun nizamnamə kapitalı 823,975 milyon manatdır. Aviaşirkətin qərargahı Bakıda – Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


