29-31 dekabr tarixlərində paytaxtdan bölgələrə 25000-dən çox sərnişin daşınıb

Baş səhifə

Bakı. Trend:

Ölkənin bütün avtovağzal və avtostansiyaları dekabrın 29-dan
gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Trend xəbər verir ki,
gücləndirilmiş rejimin üç günü ərzində Bakı Beynəlxalq Avtovağzal
Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 838
reyslə 25 046 sərnişin daşınıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün
əlavə olaraq 200-dən çox reys həyata keçirilib.




Sərnişinlərin 60%-i biletlərini onlayn qaydada “biletim.az” portalından
əldə edərək BBAK-dan ölkənin müxtəlif istiqamətlərinə səfərlərini
reallaşdırıb. Bu da onlayn bilet satışında rekord göstərici hesab
olunur.

Paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox
olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən
biletim.az
portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.