Prezident İlham Əliyev Kuba liderini təbrik edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti Migel
Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.


Trend
xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə
Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Kuba
münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm
ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və
əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək Yeni, 2026-cı il münasibətilə də Sizə
təbriklərimi və ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı,
fəaliyyətinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və
rifah diləyirəm”.