
Bakı. Trend:
Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki
şəxslərdən nağd qaydada satın alına bilən malların siyahısı
genişləndirilib.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Qanuna əsasən, tullantı yağları da sözügedən siyahıya əlavə
ediləcək.
Bildirilib ki, sahibkarlıq subyektləri ilə keçirilmiş bir sıra
görüşlərdə vergi ödəyiciləri tərəfindən tullantı yağlarının 50
faizə qədərinin vergi uçotunda olmayan fiziki şəxslərdən alındığı
və nağd ödənişlər üzrə müəyyən edilmiş aylıq 30 min manatlıq
limitin həmin əməliyyatlara görə ödənişlərin aparılmasında
çətinliklər yaratdığı bildirilib.
Qeyd olunan halda isə tullantı yağlarının qəbulunu həyata
keçirən vergi ödəyiciləri bu cür malları nağd qaydada alıb
(müxtəlif fiziki şəxslərin adına) rəsmiləşdirmək məcburiyyətində
qalır.
Qanunun qəbul edilməsi nəticəsində vergi ödəyicilərinin gündəlik
praktik fəaliyyəti zamanı yaranan çətinliklərin aradan qalxması,
tullantı yağlarının ixracının ölkəyə valyuta gətirilməsinə müsbət
təsir göstərəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.


