
Bakı. Trend:
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna
aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən
aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının tutulma
qaydası dəyişdirilib.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə
Qanunda öz əksini tapıb.
Daha əvvəl neft-qaz sahəsində fəaliyyəti olmayan və
qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən
sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət
sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 2026-cı il yanvarın
1-dək aşağıdakı dərəcələrlə ödənilirdi:
Sığorta haqqına cəlb edilən aylıq gəlir | sosial sığorta haqqı dərəcəsi | ||
cəmi | sığortaolunanın gəlirlərindən tutulan | sığortaedənin vəsaiti hesabına ödənilən | |
200 manatadək | 25 faiz | 3 faiz | 22 faiz |
200 manatdan çox olduqda | 25 faiz | 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi | 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi |
Qanuna əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və
qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən
sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət
sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödəniləcək:
Sığorta haqqına cəlb edilən aylıq gəlir | sosial sığorta haqqı dərəcəsi | ||
cəmi | sığortaolunanın gəlirlərindən tutulan | sığortaedənin vəsaiti hesabına ödənilən | |
200 manatadək | 25 faiz | 3 faiz | 22 faiz |
200 manatdan 8000 manatadək | 25 faiz | 6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 10 faizi | 44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 15 |
8000 manatdan çox olduqda | 21 faiz | 786 manat + 8000 manatdan çox olan hissənin 10 | 1214 manat + 8000 manatdan çox olan hissənin 11 |
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.


