
Bakı. Trend:
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən
sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının
tutulma qaydası dəyişdirilib.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə
Qanunda öz əksini tapıb.
Qanuna əsasən, fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi
cəlb etmədən) məşğul olan fiziki şəxslər məcburi dövlət sosial
sığorta haqqını aşağıdakı dərəcələrlə ödəyəcəklər:
- toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq,
çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar
fəaliyyət, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar
istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının
3 faiz artırılaraq 8 faizi miqdarında; - çəkməçi, pinəçi, bərbər, dərzi fəaliyyəti, saat, televizor,
soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq
emalatxanalarının fəaliyyəti, fərdi yaşayış evlərində və
mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq
xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban,
aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən
(ofisiant), fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan
fiziki şəxslər – minimum aylıq əməkhaqqının 2 faiz
artırılaraq 5 faizi miqdarında.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

