Yanacağa görə müəyyən edilmiş icbari tibbi sığorta haqqı ləğv edilib

Baş səhifə

Bakı. Trend:

Yanacağa görə müəyyən edilmiş icbari tibbi sığorta haqqı ləğv
edilib.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Daha əvvəl Azərbaycan Respublikasının ərazisində istehsal
edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan
Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel
yanacağının və maye qazın hər litrinə görə – 0,02
manat
icbari tibbi sığorta müəyyən edilmişdi.




Dəyişikliklə yuxarıda sözügedən icbari tibbi sığorta haqqı
ləğv edilib və eyni vergitutma obyekti üzrə Vergi
Məcəlləsi ilə müəyyən edilmiş yol vergisinin dərəcəsinə
əlavə olunub
.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.